BDU TGT "Xocalıya ədalət tələb et" adlı tədbir keçirib

21/02/2019

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı "Xocalıya ədalət tələb et" adlı tədbir keçirib. TGT sədri İsmayıl Kərimov Xocalı soyqırımı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının "Xocalıya ədalət tələb et" adlı kampaniyasının önəmindən danışıb.

"Xocalıya ədalət tələb et" kampaniyasının nümayəndəsi Cəbrayıl Fərzəliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və dünya ictimaiyyətinin bu faciəyə lazımi reaksiya verməməsi barədə çıxış edib.

Qeyd edək ki, “Xocalıya ədalət!” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək faciə ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Mətbuat və informasiya şöbəsi, 21 fevral 2019-cu il.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026