BDU tələbələri “İlin ən yaxşı dekanı”nı seçib

22/06/2016

Facebook sosial şəbəkəsinin “BDU” səhifəsində “İlin ən yaxşı dekanı” nominasiyası üzrə açıq səsvermə keçirilib. “Fakültənin idarə olunmasındakı peşəkarlığına və tələbə kontingenti arasındakı yüksək nüfuzuna görə” keçirilən sosial layihə universitetin 17 fakültəsini əhatə edib və səsvermə bir ay davam edib. Universitetin tələbə və məzunlarının, eləcə də səhifə istifadəçilərinin iştirak etdiyi səsvermədə Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev humanitar, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı, professor Nazim Şəmilov isə təbiət fakültələri arasından qalib olublar. Qalib dekanlara diplomları BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin  sədri Daşqın Qənbərov, səhifə və layihənin rəhbəri İlqar Quliyev təqdim ediblər.

Mətbuat və informasiya şöbəsi, 22 iyun 2016-cı il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026