BDU-da Beynəlxalq Könüllülər Gününə həsr olunmuş tədbir keçirilib

06/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “BDU Könüllüləri”nin təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova son illərdə ölkəmizdə könüllülük fəaliyyətinin yaradılması və genişlənməsindən danışıb, bu sahədə uğurlu nəticələrdən bəhs edib, Könüllülər Günü münasibətilə gəncləri təbrik edib, gələcək fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıb.

Sonra “BDU Könüllüləri”nin rəhbəri Nərmin Heydərova könüllülük fəaliyyəti haqqında ümumi məlumat verib, tələbələrə təhsil və könüllülük fəaliyyətində uğurlar arzulayıb.

Hüquq fakültəsinin könüllülərinin sədri İlkin İmanlı BDU-da gənclərə könüllük ideyasının aşılandığını bildirib. O, qeyd edib ki, universitetin könüllüləri il ərzində müxtəlif layihələrdə iştirak ediblər.

Hüquq fakültəsinin könüllülərindən Bahar Əlizadə “Beynəlxalq Könüllülər Gününün tarixi”, Həmidə Qasımova “Azərbaycanda könüllülük fəaliyyəti”, Röya Əlizadə “Beynəlxalq aləmdə könüllülük” və "BİR" könüllü təşkilatının BDU üzrə koordinatoru Ayxan İsgəndərov ölkəmizdəki könüllülük hərəkatından danışıblar.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026