BDU-da Elm gününə həsr olunmuş ilk mühazirə keçirilib

18/03/2021

Bu gün Bakı Dövlət Universitetində 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən "Azərbaycan tarixinin aktual elmi problemləri, onların tədqiqi və tədrisi məsələləri" mövzusunda onlayn mühazirə keçirilib. Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova BDU-nun və BDU-nun Qazax filialının professor-müəllim heyəti və tələbələrinə mühazirə oxuyub.

K.Nəcəfova Azərbaycan tarix elminin aktual problemləri, onların tədqiqi və tədrisi məsələləri, Azərbaycan adının anlamı və tarixi coğrafiyası, soykökü problemi və etnogenezis, Azərbaycan tarixinin dövrləşdirilməsi, mənbəşünaslığı və tarixşünaslığı məsələləri haqqında geniş məlumat verib. Eyni zamanda yadelli işğalçılara qarşı azadlıq hərəkatı və Azərbaycan xalqının qəhrəmanlıq tarixi, tarixi saxtalaşdıranlara qarşı mübarizə: erməni yalanları və həqiqətlər, milli dövlətçilik tarixinin əsas mərhələləri haqqında Ümummilli Lider Heydər Əliyevin tövsiyələri, Azərbaycanın maddi-mədəniyyət tarixi, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə və onun Azərbaycan tarixində yeri və s. məsələlərə toxunub.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Avropa Riyaziyyat Kubokunda gümüş medal qazanıb
11/06/2026

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub

Milli Məclisin komitə sədri Tahir Rzayev BDU-da “Heydər Əliyev mühazirələri”nin qonağı olub
11/06/2026

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş

BDU-da “Ulu Öndər Heydər Əliyevin siyasi irsi və dövlətçilik baxışları” layihəsi çərçivəsində növbəti görüş
11/06/2026