BDU-da Elm gününə həsr olunmuş növbəti mühazirə – “Sirli dünyamız”

18/03/2021

Bu gün Bakı Dövlət Universitetində 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən lisey və orta məktəb şagirdləri üçün “Sirli dünyamız” mövzusunda onlayn mühazirə keçirilib. Riyaziyyat üzrə fəlsəfə doktoru, yazıçı Reyhan Yusifqızı Şıxlinskaya şagirdlərə mövzu ilə bağlı geniş mühazirə oxuyub. Mühazirədə kosmos haqqında nə bilirik, kosmosla bağlı maraqlı faktlar, səma cismləri, Günəş sisteminin  planetləri  və s. haqqında maraqlı məlumatlar verilib. Eyni zamanda robototexnika, robotların dizayn edilməsi, qurulması, idarə edilməsi metodları, informasiya emalı üçün yaradılan kompyuter sistemləri, süni intellekt, insan məntiqinin maşınlarda tətbiqi haqqında bəhs olunub.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026