BDU-da “Gələcəyini qur!” layihəsinin iştirakçıları ilə görüş

03/06/2022

Bakı Dövlət Universitetində (BDU) “Gələcəyini qur!" gəncliyə dəstək layihəsində iştirak edən XI sinif şagirdləri ilə görüş təşkil olunub.

Tədbiri giriş sözü ilə açan BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov şagirdlərə Universitetin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib, ali məktəblərin tanıdılması baxımından layihənin əhəmiyyətini vurğulayıb.

Daha sonra tədbirdə spiker qismində layihənin hökümət və ictimaiyyətlə əlaqələr üzrə direktoru (GL Ltd) Aybəniz İsmayılova və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini Anar Məmmədov çıxış ediblər. Spikerlər öz təcrübələrini bölüşüb, peşəkar mütəxəssis kimi formalaşmaq üçün abituriyentlərə tövsiyələr veriblər.

Tədbirdə həmçinin müxtəlif illərdə “Gələcəyini qur!” layihəsindən faydalanan, hazırda isə BDU-nun Hüquqşünaslıq, Kompüter elmləri, Dövlət və ictimai münasibətlər, Sosial iş, Jurnalistika və digər ixtisaslarında təhsil alan gənclər də iştirak edib, məktəbliləri özlərinin tələbə həyatları haqqında məlumatlandırıblar. Daha sonra şagirdlər BDU-nun ərazisini gəziblər.

Qeyd edək ki, “Gələcəyini qur!” gəncliyə dəstək layihəsi Təhsil Nazirliyinin və müxtəlif sponsor şirkətlərin dəstəyi ilə 2014-cü ildən fəaliyyət göstərir.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026