BDU-da imtahan sessiyası davam edir

29/06/2021

İyunun 7-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. Sessiya 02 iyul 2021-ci il tarixinə qədər gün ərzində 2 növbədə onlayn (məsafədən) davam edəcək.
Bu gün 291 qrup üzrə 6123 tələbə (481 nəfəri SABAH qrupu olmaqla) imtahan verib. Magistratura səviyyəsində 73 ixtisaslaşmada 315 nəfər imtahan verib. BDU-nun Qazax filialında isə 198 tələbə imtahanlarda iştirak edib.
İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.
Qeyd edək ki, İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026