BDU-da “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub

02/02/2022

Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə “İlin gənc alimi” müsabiqəsinin qalibləri elan olunub.

Müsabiqə Komissiyasının qərarına əsasən, Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli humanitar və ictimai elmlər üzrə, Kimya fakültəsinin əməkdaşı Gülnar Süleymanova  isə təbiət və texnika elmləri üzrə ən yüksək nəticə göstərərək müsabiqənin qalibi olublar. Müsabiqənin qalibləri diplom  və hər biri 2 000 (iki min) manat pul mükafatı ilə təltif ediliblər.

BDU artıq 2 ildir ki, ənənəvi olaraq, 2 fevral – Gənclər günü münasibətilə “İlin gənc alimi” müsabiqəsi elan edir və müsabiqənin qalibləri Gənclər Günündə açıqlanır. Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan “İlin gənc alimi” mükafat müsabiqəsinin məqsədi BDU-nun  yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026