BDU-da "Tariximiz və dəyərlərimiz" mövzusunda tədbir keçirilib

11/01/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində "Tariximiz və dəyərlərimiz" mövzusunda keçirilən tədbirin qonağı BDU-nun Mənbəşünaslıq və tarixşünaslıq kafedrasının müdiri, Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov olub.

Görüşdə Anar İsgəndərov öz həyat yolundan bəhs edib, tələbələrə öz tövsiyələrini verib. Azərbaycan tarixşünaslığının ən aktual məsələlərindən biri olan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında təcavüzkar Ermənistan ordusu üzərində möhtəşəm qələbə qazanan rəşadətli Azərbaycan ordusunun bütün şəhidlərin və günahsız qurbanların qisasını aldığını qeyd edən professor bu şanlı zəfərin Azərbaycan xalqının son iki yüz illik tarixində ən böyük qalibiyyət olduğunu və Qarabağın düşməndən azad edilməsi ilə Vətən tarixinin ən şanlı səhifəsinin yazıldığını diqqətə çatdırıb.

Qədim və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov da Azərbaycan tarixinin ən qədim dövrlərindən başlayaraq bu günümüzə qədər olan tədqiqatların elmi nəticələrindən söz açıb, bütün bu araşdırmaların 44 günlük Vətən müharibəsində nə qədər mühüm rol oynadığını xüsusilə qeyd edib.

Böyük maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Fakültə tərəfindən hazırlanan videoçarx izlənərək, xatirə şəkilləri çəkilib, Anar İsgəndərovun doğum günü münasibətilə hədiyyə təqdim edilib.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026