BDU-da təkmilləşdirmə kursları başlayıb

18/04/2022

Tədrisdə keyfiyyətin artırılmasına və professor-müəllim heyətinin qabaqcıl elmi-metodik üsulları mənimsəməsinə böyük diqqət yetirən Bakı Dövlət Universitetində təkmilləşdirmə kursları fəaliyyətə başlayıb.

Aprelin 18-dən mayın 23-dək Universitetin 130-dan çox əməkdaşının bu kurslarda dinləyici qismində iştirak etməsi nəzərdə tutulub. Dinləyicilər müasir tədris, pedaqoji və psixoloji təlim metodları, təhsildə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə qaydaları ilə tanış olacaqlar.

Kursun proqramına “Keyfiyyətli təhsil - davamlı inkişafın dördüncü məqsədiˮ, “İnklüziv təhsildə tələbəyönümlü pedaqogikaˮ, “Milli-mənəvi dəyərlərin təhsilalanların sosial-mədəni inkişafında roluˮ, “2020-ci il Vətən müharibəsi: nəticələri və tarixi əhəmiyyətiˮ, “Azərbaycanın Qafqazın lider dövlətinə çevrilməsi. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətiˮ kimi mövzular daxil edilib.

Təkmilləşdirmə kursları başa çatdıqdan sonra dinləyicilərə sertifikatlar təqdim ediləcək.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026