BDU-da “Yaşıl düşün” adlı müsabiqə keçirilib

06/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı tələbələr arasında “Yaşıl düşün” adlı müsabiqə keçirib.

Müsabiqənin keçirilməsində məqsəd tələbələrin diqqətini ətraf mühitin vacib problemlərinə yönəltmək, onların bu sahədə yaradıcı düşüncələrini zəginləşdirməkdir.

Müsabiqəyə tələbələr arasında yüksək maraq olub. Münsiflər Heyətinin qərarına əsasən, fakültənin tələbələri Afaq Əliyeva təbiətin təbii və antropogen dəyişilməsini bir tabloda əks etdirdiyi rəsmə görə I yerə, Nuriyət Abdullayeva ətraf mühitə antropogen təsirin əks olunduğu rəsmə görə II yerə, Gülər Quluzadə tullantı məhsullarının təkrar emalını əks etdirən qlobusun təqdimatına görə III yerə layiq görülüblər.

Fakültə rəhbərliyi tərəfindən belə müsabiqələrin mütəmadi keçirilməsi qərara alınıb.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026