BDU-nun Fizika fakültəsinin gənc alimləri İtaliyada ezamiyyətdədirlər

08/04/2019

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin əməkdaşları – kimya üzrə fəlsəfə doktoru, dosent Flora Hacıyeva və fizika üzrə fəlsəfə doktoru Həbibə Şirinova "Erasmus+" əməkdaşların mübadilə proqramı çərçivəsində İtaliyanın La Sapienza Universitetində ezamiyyətdədir. Səfər zamanı BDU-nun əməkdaşları "Ekologiya mühəndisliyi" fakültəsində "nanotexnologiyanın ekoloji problemlərin həllində tətbiqi" kursu üzrə mühazirələr söyləyib, müxtəlif laboratoriyalarda uğurlu elmi tədqiqatlar aparırlar.

Qeyd edək ki, Bakı Dövlət Universiteti uzun illərdir ki İtaliyanın La Sapienza universiteti ilə beynəlxalq qrant layihələri çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq edirlər. Hər iki universitetin  alimləri ilə təhsilin doktorantura pilləsində müştərək kadr hazırlığı həyata keçirirlər. Artıq bu əməkdaşlıq çərçivəsində bir nəfər müdafiə edərək  alimlik dərəcəsi alıb və 3 nəfərin dissertasiya işləri yekunlaşmaq üzrədir.

Mətbuat və İnformasiya şöbəsi, 08 aprel 2019-cu il



Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026