BDU-nun əməkdaşları XXIV Ümumdünya Fəlsəfə Konqresində çıxış ediblər

01/10/2018

Çin Respublikasının Pekin şəhərində XXIV Ümumdünya Fəlsəfə Konqresi keçirilib. Əsas devizi “İnsan olmağı öyrənməli” olan konqresdə müxtəlif ölkələrdən gəlmiş çoxsaylı məşhur filosoflar müasir dövrün aktual-fəlsəfi problemlərinə, fəlsəfənin müasir dövrdə yeri və roluna dair məruzələrlə çıxış ediblər.

Konqresdə Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova,  kafedranın aspirantları - Çinarə Məmmədova və Zeynəb Əliyeva məruzəçi qismində iştirak ediblər.

Professor Rəbiyyət Aslanovanın “Qlobal sivilizasiyada harmoniya problemi: qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsinin irsi üzərində düşüncələr”, Çinarə Məmmədovanın “Maya Şopenhauer fəlsəfəsi prizmasından” və  Zeynəb Əliyevanın “Mədəni diffuzionizm: Hacı Zeynalabdin Şirvani” mövzularındakı məruzələri böyük maraqla qarşılanıb.

Mətbuat və informasiya şöbəsi, 01 oktyabr 2018-ci il.


Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026