BDU-nun müəllimi beynəlxalq konfransda iştirak edib

16/12/2020

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının baş müəllimi Qalib Qafarlı Türkiyənin Sakarya Universitetinin təşkilatçılığı ilə keçirilən 18-ci Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransında iştirak edib.

“Google Meet” platforması üzərindən təşkil edilən onlayn beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Şimali Makedoniya, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Əfqanıstan və İndoneziyadan 300-ə yaxın tədqiqatçı-alim iştirak edib.

Konfransda Azərbaycanın Vətən müharibəsində qazanılmış qələbəsinə dəstək məqsədilə iclasların keçirildiyi bölmələr “Qarabağ”, “Şuşa”, “Xocalı”, “Xankəndi”, “Laçın”, “Cəbrayıl”, “Ağdam” adlandırılıb.

Konfransda Qalib Qafarlı “İxracata dövlət dəstəyi sisteminin formalaşdırılmasında beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müasir dövrdə dünya ölkələrində tətbiq olunan ixracata dövlət dəstəyi mexanizmləri və onların əsas cəhətləri konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin təqdimatda dünya ixracatında lider mövqeyə malik ölkələrin dünya üzrə milli ixracatçılar üçün ən çox güzəştli kredit və sığorta xidmətləri göstərən ölkələr olduğu bildirilib.

Sonda natiq iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Məruzə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Qalib Qafarlı konfransın təşkilat komitəsi tərəfindən beynəlxalq sertifikat və təşəkkürnamə ilə təltif olunub.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026