BDU-nun müəllimləri “İTACA” Erasmus+ KA2 layihəsinin onlayn iclasında iştirak ediblər

08/05/2020

Bakı Dövlət Universitetinin (BDU) müəllimləri “Azərbaycanda ekoloji fövqəladə vəziyyət üzrə 3-cü dövr ali təhsil kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzinin təşkili (İTACA)” adlı Erasmus+ KA2 layihəsinin onlayn təşkil edilən iclasında iştirak ediblər.

Video konfransada layihənin icrası dövründə qarşıda duran vəzifə və öhdəliklər, hər bir tərəfdaşın cari ildə görəcəyi işlər, qurulacaq İnnovativ Tədris Mərkəzi və onun avadanlıqlarının alınması, layihə rəhbəri ilə tərəfdaşlar arasında imzalanacaq “Tərəfdaşlıq müqaviləsinin” hazırlanması və qeydiyyat məsələləri, həmçinin “COVİD-19” pandemiyasından sonra layihə çərçivəsində görüləcək işlər ətraflı müzakirə olunub.

İclasa Danimarkanın Aalborq Universiteti, İspaniyanın Qranada Universiteti, Yunanıstanın Patras Universiteti ilə yanaşı, Almaniyanın ekoloji sahədə fəaliyyət göstərən ARGUS Umweltbiotechnologie GmbH şirkəti qatılıb. Bundan əlavə Avropa İttifaqının Erasmus+ Bakı ofisinin rəhbəri Pərviz Bağırov və əməkdaşı Zəfər Həsənov,  BDU ilə bərabər Azərbaycanın digər ali təhsil müəssisələrinin (BMU, AzMİU və BANM) əməkdaşları, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, eyni zamanda Azecolab şirkətinin təmsilçiləri də iclasda iştirak ediblər.

Llayihə Azərbaycanda ekoloji fövqəladə vəziyyət üzrə 3-cü dövr ali təhsil kursunu dəstəkləyən İnnovativ Tədris Mərkəzinin təşkili ilə universitet və sənaye arasındakı əlaqələrin möhkəmlənməsinə töhfə vermək üçün Avropa İttifaqının və yerli qurumların, eləcə də neft və qaz istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin əməkdaşlığı çərçivəsində müasir texnoloji avadanlıqlardan istifadə edə bilən peşəkar mühəndis kadrların və tədqiqatçıların hazırlanması ilə gələcəkdə onların əmək bazarında tez və layiqli iş tapmalarına xidmət edir.

İcra müddəti 2020-2022-ci illəri əhatə edən layihə haqqında daha ətraflı məlumatı https://www.itacaproject.eu/ linkindən əldə etmək mümkündür.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026

BDU-da “Açıq qapı” günləri davam edir

BDU-da “Açıq qapı” günləri davam edir
04/08/2026