BDU-nun professoru Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib
30/08/2022
Bakı Dövlət Universitetinin (BDU) Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov Özbəkistanın “Dostluq” ordeni ilə təltif edilib.
Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, akademik Şahin Mustafayev, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər. Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya isə “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib.
Təbrik edirik!
Xəbərlər
BDU-da ilk dərs günündən 107 il ötür
BDU-da ilk dərs günündən 107 il ötür
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
