BDU-nun Qazax filialında Xocalı soyqırımının 30-cu ildönümü anılıb

23/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində təşkil olunmuş “Xocalı soyqırımı” adlı foto və kitab sərgisinə baxıblar. Sonra Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov Xocalı soyqırımı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırımı törədiblər. Xocalı soyqırımı zamanı 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb, şəhər yerlə yeksan edilib. Arif Rüstəmov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığını vurğulayıb.

Filialın Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Valeh Nəsibov, filialın müəllimi Əfranə Həsənli, IV kurs tələbəsi Pəri İbrahimova faciə ilə bağlı çıxış ediblər.

Tədbirin sonunda filialın İV kurs tələbəsi Qənirə Musayeva Xocalı faciəsinə həsr olunmuş şeir səsləndirib.

 

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024