BDU-nun Şərqşünaslıq fakültəsində türkiyəli alimlərlə görüş keçirilib

03/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində Türkiyənin Ankara Bəyazid Universitetinin professoru, ərəbşünas  alim Yaqub Çivelek və İstanbul Yıldız Universitetinin Pedaqogika fakültəsinin professoru Süleyman Doğan ilə görüş keçirilib.

Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, tədris işləri üzrə dekan müavini Tərlan Məlikov, elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, Ərəb filologiyası kafedrasının baş müəllimi Könül Eyvazova iştirak ediblər.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan ölkənin ilk və ən böyük ali məktəbi olan BDU-nun tarixi, fəaliyyəti, Şərqşünaslıq fakültəsi haqqında qonaqlara ətraflı məlumat verib.

Görüşdə universitetlər və fakültələr arasında əlaqələrin qurulması, tələbə-müəllim mübadiləsi, ortaq tədqiqat işlərinin aparılması, birgə elmi seminar,  ustad dərsləri, onlayn dərslərin təşkili ilə bağlı müzakirələr aparılıb. Ərəb dilinin tədrisində universitetlərarası təcrübə mübadiləsinə xüsusi önəm verilib.

Türkiyənin hər iki universitetinin nümayəndəsi şərqşünaslıq sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026