Biologiya fakültəsində Böyük Zəfərin başlanğıcı - Aprel döyüşləri" adlı tədbir keçirilib

13/04/2022

Bakı Dövlət Universitetinin Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "Böyük Zəfərin başlanğıcı - Aprel döyüşləri" adlı tədbir keçirilib.

Biologiya fakültəsinin dekanı Afət Məmmədova çıxış edərək, Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbənin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını, ordumuzun böyük gücə malik olduğunu sübuta yetirdiyini, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdiyini qeyd edib.

Tədbirdə Aprel döyüşlərinin ən gənc şəhidi Emin Bağırovun valdeynləri, ehtiyatda olan kapitan Şəmsəddin Qurbanov, Vətən müharibəsi iştirakçısı Fətulla Nəsirov çıxış ediblər. Çıxışçılar vurğulayıblar ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Aprel döyüşlərində qələbə qazanıb, düşmənə layiqli cavab verib.
Tədbirdə Aprel döyüşlərinə həsr edilmiş videoçarx nümayiş olunub.

Sonra Vətən müharibəsi iştirakçısı Vüsal Yaqubov çıxış edərək şəhid valideynlərinin və şəhid qardaşlarının yaşadıqlarını və tökülən qanlarının əbəs olmadığını, ərazi bütövlüyümüzün bərpa olduğunu bildirib.

Sonda Biologiya fakültəsi TGT sədri Vüsal Məmmədrəhimov qonaqlara kitab dəstlərini təqdim edib.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026