BDU-nun təşkilatçılığı ilə “COIA-2020” beynəlxalq konfransı keçirilir

27/08/2020

Avqustun 26-da Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci Beynəlxalq Konfransı (COIA-2020) onlayn formatda işə başlayıb. Virtual konfransın keçirilimə məqsədi tədqiqatçıların və tələbələrin  fikir mübadiləsi aparması, əldə olunan nəticələrin müzakirə edilməsi üçün sənaye mütəxəssisləri ilə görüşün baş tutacağı vahid platforma yaratmaqdır.

“COIA-2020” onlayn konfransı “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Faizi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” mövzularını əhatə edir.

Konfrans üç gün davam edəcək.İdarəetmə və optimallaşdırmanın bütün aspektləri plenar iclaslarda tanınmış alimlər tərəfindən təqdim ediləcək.

Konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən 476 alim və tədqiqatçı qeydiyyatdan keçib, 300-ə qədər məqalə daxil olub, 256 məqalə konfransın materiallarında dərc olunub. İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti təmsil edirlər.

 

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026