"Ekoloji təhsil və ekoloji maarifləndirmə işinin aparılması" mövzusunda tədbir keçirilib

25/01/2021

Bu gün Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi, Tələbə Gənclər Təşkilatının və "Eco club"un təşkilatçılığı ilə 26 yanvar - Ümumdünya Ekoloji Təhsil Günü ilə bağlı "Ekoloji təhsil və ekoloji maarifləndirmə işinin aparılması" mövzusunda onlayn tədbir keçirilib. Tədbir Ekologiya və torpaqşünaslıq fakültəsi TGT-nin sədri Nigar Muxtarzadənin moderatorluğu ilə baş tutub.
Coğrafi ekologiya kafedrasının müəllimi, eyni zamanda, Azərbaycan Respublikası Nəbatət bağının elmi işçisi Fərid Seyfullayev ekoloji maarifləndirmə işinin aparılması ilə bağlı geniş məlumat verib. Çində və Almaniyada ekoloji maarifləndirmə ilə bağlı seminarlar keçən natiq çıxışında öz təcrübələrini tələbələrlə də bölüşüb. Sonra Nigar Muxtarzadə ölkədəki bir neçə ekoloji təşkilatlar və onların iş prinsipləri ilə bağlı məlumat vermib, iştirak etdiyi düşərgə və tədbirlərdən danışıb.
"Enactus" komandasının üzvü Nəzrin Süleymanova bildirib ki, ölkə rəhbərinin qayğısı nəticəsində ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülür, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir.

Xəbərlər

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı  
18/09/2026

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
18/09/2026

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub

BDU tələbəsi “4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində “Özünüinkişaf çempionu” nominasiyası üzrə təltif olunub
18/09/2026