Elan: “Xocalını unutmadıq” adlı rəsm sərgisi

25/01/2022

Bakı Dövlət Universitetində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalını unutmadıq” adlı tələbə rəsm sərgisi keçiriləcək. Sərgiyə Xocalı hadisələri zamanı törədilmiş soyqırımı faktlarını, erməni təcavüzkarları tərəfindən zaman-zaman xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, eyni zamanda, dövlətimizin ərazi bütövlüyünün bərpası yolunda göstərdiyi qələbə əzmini əks etdirən və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən əsərlər qəbul olunur.

Rəsmlərin işlənmə texnikası sərbəstdir.

Sərgiyə təqdim olunan rəsmlərin aşağı sağ küncündə tələbənin adı, soyadı, təhsil aldığı fakültə qeyd olunmalıdır.

Sərgidə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Rəsmlər A3 formatında müəllifin tələbə vəsiqəsinin surəti ilə birlikdə 2022-ci il fevral ayının 18-dək Humanitar məsələlər və gənclər siyasəti şöbəsinə təqdim olunmalıdır. (BDU-nun əsas korpusu, III mərtəbə)

Sərgi Bakı Dövlət Universitetinin əsas binasında nümayiş olunacaq və BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində işıqlandırılacaqdır.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026