Fizika fakültəsində növbəti elmi seminar

30/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Parabolik potensiallı kvant təbəqəsində enerji səviyyələri” mövzusunda onlayn elmi seminar keçirilib.
Seminarda  Bərk cisimlər fizikası kafedrasının professoru Tariyel İsmayılov məruzə ilə çıxış edib. Məruzədə son onillikdə nanotexnologiyalar sahəsindəki inkişaf nəticəsində daha kiçik ölçülü, sürətli və etibarlı cihaz və qurğuların yaradıldığı, bunun əsasında aşağıölçülü sistemlər fizikasının ən fundamental effekti olan ölçü kvantlanması adlanan effektin durduğu qeyd edilib. Həmçinin, nümunənin kvantlanma istiqamətindəki ölçüsü kiçildikcə diskretliyin kəskin artdığı, topologiyanın belə dəyişməsi yarımkeçirici əsaslı optik detektorların, lazerlərin və müxtəlif tezliklər oblastında  işləyən digər optoelektronika cihazlarının parametrlərinin yaxşılaşdırılmasına imkan yaratdığı da bildirilib. T.İsmayılov bu istiqamətdə apardığı nəzəri tədqiqatların nəticələri barədə məlumat verərək bildirib ki, alınan nəticə kvant məftillərinə və kvant nöqtələrinə də tətbiq oluna bilər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların suallarını cavablandırılıb.

 

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026