"Gənc İstedadlar" liseyinin şagirdləri Şəkiyə ekskursiya ediblər

23/06/2016

Bakı Dövlət Universitetinin nəzdində faliyyət götərən "Gənc İstedadlar" liseyinin 6b sinif şagirdləri sinif rəhbəri Könül Şahbazovanın təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycanın qədim şəhərlərindən olan Şəkiyə ekskursiya ediblər.

Şagirdlər Şəki Xan Sarayı, Karvansaray, Kiş Tarixi-Memarlıq Qoruğu, Tarix-diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeyində olublar. Şagirdlərə 2016-cı ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şəkinin tarixi, dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, milli mətbəxi, ənənəvi olaraq hər il keçirilən beynəlxalq festivallar haqqında ətraflı məlumat verilib.

Kitablardan oxuduqlarının əyani şahidi olan məktəblilər onlar maraqlandıran bir çox suallara cavablar tapıblar.

Mətbuat və informasiya şöbəsi, 23 iyun 2016-cı il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026