I Bakı Beynəlxalq Koreyaşünaslıq seminarı

19/12/2018

Bakı Dövlət Universitetində I Bakı Beynəlxalq Koreyaşünaslıq seminarı keçirilib. Seminarda Şərqşünaslıq və Tarix fakültələrinin tələbələri, BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimləri Yang Jeongmin, Vüsalə Həsənova, Ellada Məmmədova, Sakaşita Taiçi, Zhang Min, Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev və fakültənin Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri, dosent İqbal Ağayev, Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru Vaqif Sultanlı, Dünya ədəbiyyatı kafedrasının dosenti Sevinc Nuriyeva, BDU nəzdindəki Konfutsi İnstitutunun ÇXR tərəfindən direktoru Luo Xaozhi iştirak ediblər. Seminarı BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, professor Oqtay Cəlilbəyli açaraq tədbirin məqsəd və vəzifələri haqqında məlumat verib. Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru Vaqif Sultanlı çıxışında seminarın əhəmiyyətindən bəhs edib.

Sonra Sankt-Peterburq Dövlət  Universitetinin Koreyaşünaslıq kafedrasının dosenti Çoi İnna Valeriantovna “Müasir Koreya ədəbiyyatının tədrisinin metodologiyası” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə böyük maraqla dinlənilib, mühazirəçi auditoriyanın çoxsaylı suallarını cavablandırıb. Mühazirə öncəsi və sonra tələbələr bədii-musiqili proqramlarla çıxış ediblər.

Sonda Bakı Sejong İnstitutu tərəfindən tədbir iştirakşılarına Koreya milli mətbəxinin nümunələri təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 19 dekabr 2018-ci il.


Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026