Kimya fakültəsində Bayraq Gününə həsr olunmuş tədbir keçirilib

09/11/2020

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə Bayraq Gününə həsr olunmuş “Müstəqillik simvolumuz - Bayrağımız” adlı onlayn tədbir keçirilib.

Kimya fakültəsinin dekanı, dekan müavinləri, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə baş tutan tədbirdə Bayraq Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov Dövlət Bayrağının hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğulayaraq 9 noyabr - Bayraq Gününün yaranma tarixi haqqında tələbələrə geniş məlumat verib, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Dekan qeyd edib ki, müstəqil ölkənin, xalqın ən vacib rəmzlərindən biri məhz dövlət bayrağıdır. Xalqımız, millətimiz canı, qanı hesabına öz müstəqil dövlətini qurub, öz üçrəngli bayrağını ucaldıb. Biz bu gün bu üçrəngli bayrağın ətrafında birləşmişik.

Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam edib. Tələbələr Bayraq Gününə həsr olunmuş şeirlər səsləndirib, haqq savaşında qələbə sevinci haqda çıxışlar ediblər.

Sonda fakültənin dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, kafedra müdirləri Teymur İlyaslı, İbrahim Məmmədov Bayraq Günü ilə bağlı məruzələr edib, qələbə sevinci münasibətilə həmkarlarını və tələbələri təbrik ediblər.

 

 

Xəbərlər

Azar-bezarı aparan, sağlamlıq, bərəkət gətirən çərşənbə

Azar-bezarı aparan, sağlamlıq, bərəkət gətirən çərşənbə
03/03/2026

BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə

BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə
02/03/2026

BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır

BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır
02/03/2026