Kimya fakültəsinin tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər
01/03/2018
- Bakı Dövlət Universitetinin Kimya fakültəsinin IV kurs tələbələri AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçirlər. Məqsəd tələbələrin təhsil aldıqları müddətdə əldə etdikləri bilikləri təcrübi olaraq dərinləşdirməsi, eyni zamanda istedadlı gənclərdə elmə maraq oyadaraq, gələcəkdə magistratura və doktorantura pillələrində elmi tədqiqatlara cəlb olunmasıdır. İlk tanışlıq günündə tələbələrə Aşqarlar Kimyası İnstitutunun yaranma və inkişaf tarixi barədə məlumat verilib.
Bundan başqa, tələbələrə institut laboratoriyalarının elmi fəaliyyəti, beynəlxalq əlaqələr, gənc alimlərin elmə həvəsləndirilməsi üçün həyata keçirilən layihələr haqqında da geniş məlumat verilib. Tələbələr BDU-nun Kimya fakültəsinin institutda yerləşən Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər baza kafedrasının fəaliyyəti ilə yaxından tanış olublar. Qeyd edək ki, həmin kafedrada mütəmadi olaraq bakalavr və magistrantlar üçün mühazirə və seminarlar təşkil olunur.
Tələbələr əsasən üç nəfərdən ibarət qruplar şəklində ayrı-ayrı laboratoriyalarda cihazların iş prinsipləri, həyata keçirilən elmi tədqiqatlarla yaxından tanış olurlar. İnstitut rəhbərliyinin təlimatı əsasında hər bir laboratoriyada tələbələrə mühazirə keçirilir, sonra isə institutun elmi tədqiqatlarına uyğun tərcübələr nümayiş etdirilir.
Qeyd edək ki, təcrübə müddəti mart ayının 19-da yekunlaşacaq.
Mətbuat və İnformasiya şöbəsi, 01 mart 2018-ci il
![]() |
![]() |
Xəbərlər
BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
BDU-nun Astrofizika kafedrası: “Yay fəsli Azərbaycana iyunun 21-i saat 12:24:26-da daxil olacaq”
BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək
BDU və QAİ-nın birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İxtisaslaşmış Akademik Tədris Proqramı” üzrə tələbə qəbulunun müddəti uzadılıb


