Macarıstan səfirliyinin nümayəndəsi BDU-da olub

11/10/2018

BDU-nun Beynəlxalq əlaqələr departamentində Macarıstanın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə nümayəndəsi Mihay Qruber ilə görüş olub. BDU-nun Xarici əlaqələr üzrə müşaviri, professor Çingiz İsmayılov universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yay məktəblərinin təşkili, qarşılıqlı tələbə-müəllim mübadiləsi, birgə elmi layihələrin həyata keçirilməsinin vacibliyindən bəhs edib.

Qonaq Mihay Qruber BDU-da olmasından məmnunluğunu ifadə edərək təhsil, elm və mədəniyyət sahəsində əlaqələrin inkişafına dəstək olacağını bildirib.

Görüşdə elm və sahəsində yeni layihələr, o cümlədən Macarıstanın nüfuzlu universitetlərində Azərbaycan mərkəzlərinin, eyni zamanda, Azərbaycanda Macar Dili Mərkəzinin açılması kimi məsələlər müzakirə edilib.

Mətbuat və informasiya şöbəsi, 11 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026