“Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü”

29/04/2026

Bakı Dövlət Universitetinin(BDU) Jurnalistika fakültəsində AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə “Müasir fəlsəfi konsepsiyanın mediada təzahürü” mövzusunda çıxış edib.

Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev belə görüşlərin tələbələrin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildirib. BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli qonağın elmi yaradıcılığı və fəlsəfi baxışları barədə geniş məlumat verib. O, Könül Bünyadzadənin həm fəlsəfə, həm də media sahəsindəki fəaliyyətinin tələbələr üçün nümunə olduğunu vurğulayıb.

Könül Bünyadzadə fəlsəfə ilə “dördüncü hakimiyyət” hesab olunan media arasındakı əlaqələrdən danışaraq, bu mövzuda filosof və alimlərin fikirlərini tələbələrlə bölüşüb. O, fəlsəfi düşüncənin mediada necə təzahür etdiyini izah edib.

Qonaq çıxışında xüsusilə gerçəklik anlayışı üzərində dayanıb, obyektiv və subyektiv gerçəklik barədə geniş məlumat verib. Tərs piramida modeli üzərindən gerçəkliyin qatlarını izah edən professor bu anlayışın media ilə əlaqəsini diqqətə çatdırıb. Görüşdə fəlsəfənin mediaya verdiyi töhfələr ətrafında müzakirələr aparılıb, onun media nümayəndələrinə düşüncə dərinliyi, analiz bacarığı və obyektiv yanaşma qazandırdığı qeyd olunub.

Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynova media etikası və jurnalistin etik kodekslərə əməl etmə məsələsinin modern fəlsəfədə aktuallıq kəsb etdiyini qeyd edib.  O, həmçinin professorun qardaşı, 20 Yanvar şəhidi Ülvi Bünyadzadə haqqında da məlumat verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

Müstəqilliyimiz milli sərvətimizdir

Müstəqilliyimiz milli sərvətimizdir
28/05/2026

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026