“Mənim elmdə ilk addımlarım” adlı II respublika elmi konfransı keçirilib

04/05/2017

Bakı Dövlət Universitetində “Mənim elmdə ilk addımlarım” adlı II respublika elmi konfransı öz işinə başlayıb. Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasını BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə açaraq belə konfransların tələbələrin elmi dünyagörüşünün formalaşmasında xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. BDU tələbələri ilə yanaşı, respublikanın digər qabaqcıl ali təhsil müəssisələri tələbələrinin də iştirak etdiyi konfransın işini bölmə iclaslarında davam etdirəcəyini diqqətə çatdıran prorektor Aydın Kazımzadə onun işinə uğurlar arzulayıb.

Mətbuat və informasiya şöbəsi, 04 may 2017-ci il

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026