“Paşa Bank”ın BDU tələbələri üçün təlimi

25/11/2022

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektorunun təşkilatçılığı ilə “Paşa Bank” ASC tərəfindən tələbələr üçün ”Məhsul idarəedilməsi” mövzusunda təlim keçirilib.
Sektorun baş mütəxəssisi İlkin Şərifov iştirakçılara mövzu ilə bağlı məlumat verib, keyfiyyətli məhsul idarəetməsinin əmək bazarında önəmini vurğulayıb.
“Paşa Bank”ın əməkdaşı Təhminə Misirli isə tələbələrə məhsul menecerliyi, məhsulların effektiv idarəolunması barədə danışıb. Uğurlu məhsul meneceri üçün tələb olunan bacarıq və öhdəlikləri izah edib. Bildirib ki, məhsul meneceri şirkətdə yeni məhsulun yaradılması və satışa çıxarılmasından məsul olan, ideyalar və inkişaf strategiyasını yaradan, komanda toplayan, planlaşdırma aparan və qarşıya qoyulan öhdəliklərin icrasına nəzarət edən şəxsdir.  Hər bir məhsulun əsas məqsədi müştərilər üçün fayda yaratmaqdır, məhz buna görə menecer auditoriyanı, bazar şərtlərini və rəqabəti dərindən təhlil etməlidir.
Təlim tələbələr tərəfindən maraqla qarşılanıb.
Sonda mövzunu mənimsəyən iştirakçılara şirkət tərəfindən sertifikat və həvəsləndirici hədiyyələr təqdim edilib.

Xəbərlər

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026