Tətbiqi riyaziyyat ETİ-də elmi seminar keçirilib

18/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutunda 27 Mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində elmi seminar keçirilib.

Seminarda İnstitutun direktoru, akademik Fikrət Əliyev ““Elm günü” ərəfəsində BDU-nun Tətbiqi riyaziyyat ETİ-nin əldə etdiyi elmi uğurlar" mövzusunda məruzə ilə çıxış edib.

Fikrət Əliyev məruzədə son illərdə İnstitutda əldə olunan elmi nəticələr və onların praktik tətbiqi, aparılan elmi-təşkilati fəaliyyət haqqında danışıb.

Fikrət Əliyev qeyd edib ki, İnstitut beynəlxalq əlaqələrin genişləndirilməsini də həmişə diqqət mərkəzində saxlayır, dünyanın müxtəlif ölkələrində yerləşən elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq qurur.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026