ABŞ universitetlərində tədqiqat imkanı

03/04/2015

Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Avrasiya və Şərqi Avropa Tədqiqat işləri üzrə Milli Şurası ilə birgə həyata keçirdiyi Carnegie Tədqiqat və İxtisas artırmı Proqramının (Carnegie Research Fellowship Program) koordinatoru Alexey Kharlamov Bakı Dövlət Universitetində təqdimat edib. Məlum olub ki, Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova, Rusiya və Ukraynadan olan humanitar və ictimai elmlər sahəsində fəaliyyət göstərən elmi işçilər bu proqram çərçivəsində ABŞ-ın müxtəlif universitetlərində tədqiqat imkanlarından yararlanmaq və ABŞ universitetlərində 4 ay müddətində elmi-tədqiqat işi aparmaq imkanı qazanır. Proqramda iştirak etmək üçün ərizə qəbulunun son günü 30 aprel 2015-ci ildir.

Təqdimat, eyni zamanda, Xəzər Universiteti, Qafqaz Universiteti, Azərbaycan Dillər Universiteti, AMEA və ADA Universitetində də keçiriləcək.

Mətbuat və informasiya şöbəsi, 03 aprel 2015-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026