Abay adına Qazax Milli Pedaqoji Universitetinin nümayəndələri BDU-da

12/12/2025

Qazaxıstanın Abay adına Qazax Milli Pedaqoji Universitetinin nümayəndələri İssa Zhylduz və Alaidar Nurly Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində olublar. Səfərin məqsədi 2026/2027-ci tədris ilindən etibarən “Riyaziyyat” ixtisası üzrə “Riyazi fizika” ixtisaslaşması istiqamətində magistratura səviyyəsində ikili diplom proqramının yaradılması ilə bağlı əməkdaşlıq imkanlarının müzakirəsi olub.

Görüş zamanı fakültə rəhbərliyi ilə əməkdaşlıq mexanizmləri, magistrant və müəllimlərin qarşılıqlı mübadilə məsələləri, gələcək tədris planının hazırlanması, kreditlərin uyğunlaşdırılması və tədris olunacaq fənlərin müəyyənləşdirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Abay adına Qazax Milli Pedaqoji Universitetinin nümayəndələri fakültədə “Kompüter elmləri”, “İnformatika müəllimliyi” və “Riyaziyyat” ixtisasları üzrə keçirilən dərslərdə iştirak edib, tələbə və magistrantlarla görüşərək təcrübə mübadiləsi aparıblar.

Sonda mübadilə proqramında iştirak edən nümayəndələrə BDU tərəfindən sertifikatlar təqdim olunub.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026