Abbas Abbasov – 80

03/02/2022

Bu gün tanınmış filoloq, görkəmli alim, Bakı Dövlət Universitetinin (BDU) İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, Filologiya üzrə fəlsəfə doktoru, professor Abbas Abbasovun anadan olmasının 80-ci ili tamam olur.

Professor Abbas Abbasov 1967-1972-ci Azərbaycan Dillər Universitetinin (ADU) ingilis dili fakültəsində təhsil alıb. 1975-1979-cu illərdə BDU-nun aspirantı, 1990-cu ildə “Azərbaycan dilində ad-feil quruluşlu sözlər” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2000-ci ildə dosent elmi dərəcəsi, 2016-cı ildə professor elmi adına laiq görülüb.

1973-1982-ci illərdə BDU-nun Qərbi Avropa Dilləri kafedrasının baş laborantı, 1983-1986-cı illərdə Nigeriya Federativ Respublikasında tərcüməçi-müəllim, 1990-cı ildən Bakı Dövlət Universitetinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, 2000-ci ildə Bakı Dövlət Universitetinin İngilis dili kafedrasında dosent vəzifələrində çalışıb. 2016-cı ildən BDU-nun professoru elmi adını alıb.

Ömrünün 50 ilini Bakı Dövlət Universitetinə həsr edən Abbas Abbasov elmi fəaliyyəti dövründə yüzlərlə gənc mütəxəssis kadrların yetişdirilməsində böyük rol oynamışdır. Professor A.Abbasov öz akademik və pedaqoji fəaliyyəti dövründə tələbələrə yol göstərmiş, onların böyük rəğbətini qazanmışdır.

Şərəfli və zəngin elmi ömür yolu keçmiş Professor A.Abbasov 40-dan çox elmi kitabın müəllifidir. Azərbaycanda filologiya elminin inkişafında böyük rola malik, yüzlərlə peşəkar yüksəkixtisaslı gənc yetişdirən və işini layiqincə yerinə yetirərək filologiya elmi üzrə adını tarixə qızıl hərflərlərlə qeyd etmişdir.

Professor Abbas Abbasovu 80 illik yubileyi münasibətilə təbrik edir, elmi-pedaqoji fəaliyyətində daim uğurlar arzulayırıq!

Xəbərlər

Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ

Çinli tələbə: “BDU-dakı çoxmədəniyyətli mühit elmi inkişafıma töhfə verdi” - MÜSAHİBƏ
12/02/2026

BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Çirçik Dövlət Pedaqoji Universiteti arasında anlaşma memorandumu imzalanıb
12/02/2026

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”

BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”
11/02/2026