Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektorunu qəbul edib

26/11/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Almaniyanın Vürçburq Universitetinin prorektoru, professor Ekard Paxeni qəbul edib.

Görüşdə BDU ilə Vürçburq Universiteti arasında Avropa Hüququ Magistr Proqramının yaradılmasına dair bağlanmış anlaşma memorandumundan irəli gələn məsələlərə dair fikir mübadiləsi aparılıb, universitetlərarası əməkdaşlığın gələcəkdə daha da səmərəli nəticələr verəcəyi qeyd edilib.

Qeyd edək ki, 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində “Avropa hüququ” ixtisası üzrə yeni magistratura proqramı fəaliyyət göstərir. Hal-hazırda tədris dili ingilis dilidir, lakin 2013-cü ildən etibarən bəzi ixtisas fənlərinin artıq alman dilində keçirilməsi planlaşdırılır. Alman tərəfi bu proqramda iştirak edən 17 tələbə üçün intensiv alman dili kursları təşkil edib və tələbələr bu kurslarda fəal iştirak edirlər. Bu proqramın məzunlarına ilk dəfə olaraq ikili diplom - BDU və Vürçburq Universitetlərinin diplomları təqdim ediləcək.

Universitetlərarasında bağlanmış müqavilə gələcəkdə başqa sahələr üzrə tələbə və müəllimlərin mübadiləsi, birgə araşdırmaların keçirilməsi və digər əməkdaşlıqları da nəzərdə tutur.

Mətbuat və İnformasiya şöbəsi, 26 noyabr 2012-ci il.


Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026