Abel Məhərrəmov «Avrasiyanın fəxri» medalı ilə təltif edilib

13/05/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikası Lev Qumilyov adına Avrasiya Milli Universitetinin Elmi Şurasının 27 aprel 2011-ci il tarixli qərarı ilə Avrasiya məkanında təhsil və mədəniyyətin inkişafınaverdiyi töhfələrinə görə «Avrasiyanın fəxri» medalı və müvafiq diplomla təltif edilib. Medalı və diplomu Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev Mərkəzinin açılışı münasibətilə keçirilən tədbirdə adıçəkilən universitetin rektoru, professor Baxıtcan Abdraim təqdim edib. Rektor Abel Məhərrəmov ona verilən dəyərə görə həmkarına və Milli Avrasiya Universitetinin Elmi Şurasının üzvlərinə minnətdarlıq edib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 13 may 2011-ci il.


Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026