Abel Məhərrəmov Belqrad Universitetinin nümayəndə heyətini qəbul edib

08/10/2012

BDU-nun rektoru Serbiyanın Belqrad Universitetinin rektoru, akademik Vladimir Bumbaşireviç, prorektor, professor Marko İvetiç, Mühəndislik fakültəsinin dosenti Yovan Despotoviç, Beynəlxalq Memarlıq Akademiyasının üzvü, professor Pyotr Arsiç və Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviçi qəbul edib.

Universitet haqqında qonaqlara məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən danışıb.

Belqrad Universitetinin rektoru, akademik Vladimir Bumbaşireviç BDU-da olmaqdan məmnunlugunu ifadə edib və rəhbərlik etdiyi universitet haqqında məlumat verib.

Görüşdə universitetlər arası əməkdaşlığın perspektivləri müzakirə olunub. Sonra əməkdaşlıq müqaviləsi imzalanıb. İmzalanan müqavilə tələbə, tədqiqatçı və doktorantların mübadiləsini, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardımı, ikitərəfli birgə simpozium, seminar və konfrans təşkilini və qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirakı nəzərdə tutur. İmazalanma mərasimindən sonra çıxış edən rektorlar – akademik Abel Məhərrəmov və akademik Vladimir Bumbaşireviç müqavilənin yaxın vaxtlarda səmərə verəcəyinə inandıqlarını qeyd ediblər. Görüşdən sonra qonaqlar tədris və elmi-tədqiqat laboratoriyaları, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olublar.

Qeyd etmək lazımdır ki, Belqrad Universiteti Avropanın ən qədim universitətlərindən biridir. 1808-ci ildə Ali Məktəb kimi yaranan  bu təhsil ocağı 1905-ci ildə kralın sərəncamı ilə universitet statusu qazanıb. Hal-hazırda Belqrad universitetində 31 fakültə, 11 elmi-tədqiqat institutu və müxtəlif sahələrlə bağlı 8 Mərkəz fəaliyyət göstərir. 2000-ci ildə Serbiyada baş verən “Buldozer inqilabı”ndan sonra Belqrad universitetinə daha çox müstəqillik verilib, universitet Bolonya prosesinə qoşulub.

Mətbuat və İnformasiya Şöbəsi, 08 oktyabr, 2012-ci il.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026