Abel Məhərrəmov Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun üzv dövlətlərinin nümayəndələrini qəbul edib

08/06/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun üzv dövlətlərinin dövlət nümayəndələrinin səlahiyyətli komitə sədri, professor S.Dubçinkanı, Maliyyə işləri üzrə direktor müavini V.V.Katrasevi və MBD Nanotexnologiyalar Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun innovasiya inkişafı üzrə direktor müavini A.V.Ruzayevi qəbul edib. Görüş zamanı gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb. Daha sonra qonaqlar universitetin potensialı ilə yaxından tanış olmaq məqsədilə Nanoaraşdırmalar mərkəzində, Ekoloji monitorinq üzrə elmi-tədris laboratoriyasında, Nüvə-maqnit rezonans laboratoriyasında, Mühasibatlıqda, Heydər Əliyev Muzeyində, Tədris-Elektron mərkəzində olublar. Qeyd edək ki, qonaqların BDU-ya səfəri Birləşmiş Nüvə Araşdırmaları İnstitutunun maliyyə işləri üzrə səlahiyyətli komitə sədri yanında işçi qrupunun iclası çərçivəsində baş tutub.

Mətbuat və İnformasiya şöbəsi, 08 may 2011-ci il.

Xəbərlər

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır  
13/07/2026

BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq

BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq
13/07/2026

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
10/07/2026