Abel Məhərrəmov Halis Koyuncuoğlu ilə görüşüb

30/06/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu ilə görüşüb. Görüşdə məlum olub ki, müşavirin diplomatik missiyası başa çatır və yaxın günlərdə Azərbaycanı tərk edəcək. 2008-ci ildən ölkəmizə təhsil müşaviri olaraq təyin olunan Halis Koyuncuoğlunun fəaliyyətini yüksək qiymətləndirən rektor Abel Məhərrəmov bu illər ərzində BDU ilə təhsil müşavirliyi arasında görülən mühüm işlərdən bəhs edib. Halis Koyuncuoğlu hər iki tərəfin səyləri nəticəsində BDU-da təhsil alan türk tələblərə yaradılmış şəraitdən məmnun olduğunu bildirib və problemlərinin həlli üçün göstərilən xüsusi diqqətə görə rektor Abel Məhərrəmova təşəkkür edib. Halis Koyuncuoğlunun Azərbaycandan getməsi xəbərini təəssüflə qarşıladığını deyən akademik Abel Məhərrəmov onun Azərbaycandakı fəaliyyəti ilə əlaqədar olaraq müvafiq strukturlara BDU-nun adından təşəkkür məktublarının göndəriləcəyini bildirib.

Mətbuat və İnformasiya şöbəsi, 30 iyun 2011-ci il.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026