Abel Məhərrəmov kimya fakültəsinin I kurs tələbələri və onların valideynləri ilə görüşüb

13/09/2011

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu il kimya fakültəsinə qəbul olmuş tələbələr və onların valideynləri ilə görüşüb. Rektor tələbələri universitetin ən tarixi fakültəsinə daxil olmaları münasibətilə təbrik edib, valideynlərə isə gözaydınlığı verib. Bildirib ki, universitet yetkin bir insanın təhsil aldığı müəssisədir və burada yalnız oxuyub, seçdiyin ixtisasın peşəkarı olmağa çalışmaq lazımdır. Valideynləri isə övladlarının universitetə adaptasiya olduğu zamana qədər nəzarətdə saxlamağa çağıran rektor bu günlərdə  BDU-nun dünyanın 700 ən yaxşı universiteti siyahısına daxil olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb. Akademik Abel Məhərrəmov nanotexnologiyalarin inkişaf etdiyi dövrdə kimyaçıların zəhmətinin böyük olduğunu deyib, yenicə tələbə adını qazanmışlara mənalı, məntiqli tələbəlik həyatı keçirməyi arzulayıb.

Qeyd edək ki, bu il universitetin kimya fakültəsinin kimya, kimya müəllimliyi və kimya mühəndisliyi ixtisaslarına 143 tələbə qəbul olub. Onlardan 8 nəfəri 600 baldan yüksək,  14 nəfəri 550-600, 73 nəfəri isə 500-550 bal toplayanlardır.

Mətbuat və İnformasiya şöbəsi, 13 sentyabr 2011.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026