Abel Məhərrəmov Koreyanın səfiri ilə görüşüb

10/08/2012

Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Koreyanın Azərbaycandakı səfiri Li Ci Hanı qəbul edib.  Səfirə universitet haqqında məlumat verən rektor, beynəlxalq əlaqələrindən, proqram və qrant layihələrində iştirakından danışıb. Azərbaycan-Koreya münasibətlərindən bəhs edən rektor 2007-ci ildən universitetdə Koreya dili və ədəbiyyatı ixtisasının tədris olunduğunu diqqətə çatdırıb. Həmin ixtisasda 38 nəfər tələbənin təhsil aldığını deyən A.Məhərrəmov onlardan 8 nəfərinin bu il məzun olduğunu bildirib. O da məlum olub ki, 3 nəfər məzun Koreya universitetlərinin magistratura şöbələrinə daxil olub. Dərs yerli müəllimlərlə yanaşı, Koreyadan gələn 3 müəllim tərəfindən tədris edilir.

Səfir Li Ci Ha da öz növbəsində Koreya-Azərbaycan münasibətlərindən məmnunluq ifadə edib, əlaqələrin təhsil sahəsini əhatə etməsini isə xüsusilə qeyd edib. Səfir bildirib ki, Koreyada 76 azərbaycanlı, Azərbaycanda isə 26 koreyalı tələbə təhsil alır.

Görüşdə universitetin Koreya Mərkəzinin bərpa işlərindən də danışılıb. Məlum olub ki, mərkəzin bərpa işlərindən sonra açılışı yaxın günlərə planlaşdırılır.

Sonra səfir universitetlə tanış olub, elmi-tədqiqat laboratoriyalarına baş çəkib.

Mətbuat və informasiya Şöbəsi, 10 avqust 2012-ci il.



Xəbərlər

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib
14/02/2026

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026