Abel Məhərrəmov qiyabi təhsil alan tələbələrin imtahan prosesini izləyib

14/02/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Biologiya fakültəsinin    biofizika və immunologiya fənlərindən imtahan verən V kurs tələbələrinin imtahan prosesini izləyib. Qiyabi təhsil alan tələbələrlə söhbət edən rektor, suallarla maraqlanıb, koordinator-nəzarətçilərdən isə köçürmə hallarının olub-olmamasını soruşub. İmtahanın gedişindən razılıq edən tələbələr rektora onları maraqlandıran suallar veriblər. Nəzarətçi-müəllimlər isə neqativ hallarının olmadığını bildiriblər.

Akademik Abel Məhərrəmov görüşdüyü bütün tələbələrə uğurlar arzulayıb, müəllimlərə isə tapşırıb ki, tələbələrin biliklərini obyektiv qiymətləndirsinlər.

 

Mətbuat və İnformasiya şöbəsi

 

Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026