Abel Məhərrəmov səfir Maya Xristovanı qəbul edib

08/10/2012

Bu gün  Bolqarıstan Respublikasının ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Maya Xristova Bakı Dövlət Universitetində olub. Səfiri qəbul edən rektor. Akademik Abel Məhərrəmov ona  universitet haqqında məlumat verib.  Bakı Dövlət Universitetində olmağından şad olduğunu deyən diplomatik korpusun rəhbəri, Bolqarıstan universitetləri ilə BDU arasında əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Səfir universitetlə yaxından tanış olmaq məqsədilə tədris və elmi-tədqiqat  laboratoriyalarda olub, Heydər Əliyev Muzeyinə və Tədris Elektron Mərkəzinə baş çəkib.

Mətbuat və İnformasiya şöbəsi, 08 oktyabr 2012-ci il.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026