Abel Məhərrəmov İtaliyanın La Sapienza Universitetinin nümayəndə heyətini qəbul edib

26/10/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov İtaliyanın La Sapienza Universitetinin professoru Anjelo Çianesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Təmsil etdiyi ali təhsil ocağı haqqında danışan professorun sözlərindən məlum olub ki, La Sapienza Universiteti 1303-cü ildə təsis edilib və İtaliyanın ən qədim universitetlərindən biridir. 145000 tələbəsi olan universitetin 4500 professoru var və 300-dən çox istiqamətdə tələbə hazırlayır. Nümayəndə heyətinin rəhbəri Anjelo Çianese görüşün məqsədinin universitetlər arasında əməkdaşlıq olduğunu bildirib.

Sonra BDU haqqında qonaqlara məlumat verən rektor, akademik Abel Məhərrəmov universitetin baloniya prosesinə qoşulduğunu deyib. Bildirib ki, bu sistemin əsas məqsədi universitetlər arasında inteqrasiyanı gücləndirməkdir. Bu baxımdan ölkədə çoxlu islahatların həyata keçirildiyini, bu mühiti Azərbaycan universitetlərinə gətirmək üçün xaricə tələbələrin göndərildiyini də qonaqların nəzərinə çatdırıb. Daha sonra rektor BDU-nun 37 xarici proqram və qrant üzrə işlədiyini bildirib.

Qonaqlar BDU-nun Nanotexnologiya Mərkəzi, İmmunologiya, Kimya, Nüvə-maqnit rezonans laboratoriyaları, Elektron monitorinq mərkəzi ilə tanış olublar. Xatırladaq ki, nümayəndə heyətinə, eyni zamanda La Sapienza Universitetinin Cərrahlıq üzrə professoru Anjelo Filippin, Memarlıq üzrə professoru Roberto Cherubin, Avropa tarixi üzrə professoru Fransesko Guni və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Mikaela Lepore də daxil olublar.

Avropa tarixi üzrə professor Fransesko Guni universitet tələbələrinə mühazirə oxuyub.

 

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2011-ci il.

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024