Abel Məhərrəmov Türkiyənin Azərbaycandakı yeni səfirini qəbul edib

05/12/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov  Türkiyə Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Alper Coşkunu qəbul edib. Səfirə universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov əsasən Türkiyə universitetləri ilə əməkdaşlıqdan,  BDU və Ankara Universiteti arasında imzalanmış və ikili diplom verilməsini nəzərdə tutan müqavilədən danışıb.

Bakı Dövlət Universiteti ilə Türkiyə universitetləri arasında münasibətlərdən məmnunluq ifadə edən səfir Alper Coşkun bu əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə   Türkiyənin Azərbaycandakı Səfirliyinin ikinci katibi Bahar Doğan da iştirak edib.

Qonaqlar BDU ilə yaxından tanış olub, elmi-tədqiqat laboratoriyalarına baxıb və yüksək təəssüratla ayrılıblar.

Mətbuat və İnformasiya şöbəsi, 05 dekabr 2012-cu il.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026