Abel Məhərrəmov USAİD agentliyinin Avrasiya üzrə İnzibatçı müavinini qəbul edib

28/10/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov USAİD agentliyinin Avrasiya üzrə İnzibatçı müavini Conatan Heyli qəbul edib. Görüşdə Amerika dövlətinin təhsilə, elmə verdiyi önəmdən danışan qonaq USAİD ilə BDU arasında olan əməkdaşlığın nəticə verdiyini qeyd edib.

Rektor Abel Məhərrəmov dövlətin təhsilə, elmə qayğısından danışıb, Prezident İlham Əliyevin hər üç sərəncamından ikisinin təhsilə, elmə aid olduğunu deyib. Bu gün BDU-da “İnformasiya-Kommunikasiya Texnologiyaları və Şəxsiyyət Hüquqları” adlı II Beynəlxalq elmi-praktiki simpoziumun keçirildiyini xatırladan rektor, bütün sahələrlə bərabər hüquqi sahədə də qloballaşmanın vacibliyini vurğulayıb. Son illərdə BDU-nun hüquq fakültəsində tədrisin təkmilləşdirilməsi üçün bir neçə addımların atıldığını, 2006-cı ildə universitetdə Amerika Hüquqşünaslar Assosiasiyasının təşkilatı dəstəyi ilə Kommersiya hüququ, 2009-cu ildən İnsan hüquqları, eyni zamanda bu ildən başlayaraq Almaniyanın Wurzburg Universiteti ilə əməkdaşlıq nəticəsində fakültədə Avropa hüququ ixtisaslaşması üzrə magistratura proqramlarının yaradıldığını və bu qruplarda dərslərin tamamilə ingilis dilində aparıldığını deyib. Rektor, bütün bu işlərdə USAİD agentliyinin əməyinin olduğunu da qeyd edib.

Sonda qonaq BDU və USAİD arasında əməkdaşlığın daha da inkişaf edəcəyini və bilavasitə elmi işlə məşğul olmaq üçün şərait yaradacaqlarını bildirib.

Mətbuat və İnformasiya şöbəsi, 28 oktyabr 2011-ci il.


 

Xəbərlər

Oyanış, bərəkət və birlik bayramı

Oyanış, bərəkət və birlik bayramı
20/03/2023

BDU-nun Kimya fakültəsində “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı tədbir

BDU-nun Kimya fakültəsində “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” adlı tədbir
17/03/2023

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti BDU-da maarifləndirici görüş keçirib

ETSN yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti BDU-da maarifləndirici görüş keçirib
17/03/2023