Abel Məhərrəmov Yaponiyanın sabiq nazir müavini ilə görüşüb

03/10/2012

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın sabiq Xarici İşlər Vitse-Naziri və Nümayəndələr Palatasının keçmiş üzvü, hal-hazırda Çiba Ticarət Universitetindəki Elmlər Akademiyasının professoru, Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunda tədqiqat üzrə məsləhətçi, Vilton Parkda baş məsləhətçi və Yaponiyanın Xarici İşlər Nazirliyində Beynəlxalq Sülh Əməkdaşlığı üzrə Məsləhət Qrupunun üzvü Akiko Yamanakanı qəbul edib. Rektor öncə qonağa universitet haqqında məlumat verib. BDU-nun beynəlxalq əlaqələrindən, Yaponiya Universitetləri ilə əməkdaşlığından, həmçinin sədri olduğu Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən bəhs edib. Prezident İlham Əliyevin Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyini deyən Abel Məhərrəmov əlaqələrdə təhsil siyasətinin xüsusi yer tutduğunu bildirib. Bu siyasətin həm Qərbə, həm də Şərqə inteqrasiya olduğunu deyən rektor 2000-ci ildən BDU-da yapon dilinin tədris edildiyini və universiteti bu ixtisas üzrə 70-dən çox məzunun bitirdiyini diqqətə çatdırıb. Abel Məhərrəmov həmçinin Yaponiyada elmin, texnologiyanın sürətlə inkişaf etdiyini vurğulayıb və Bakı Dövlət Universiteti olaraq Yaponiya elminə böyük önəm verdiklərini deyib.

Akiko Yamanaka da öz növbəsində Azərbaycan-Yaponiya münasibətlərinin inkişafından razılıq ifadə edib, əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını bildirib.

Görüşdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe də iştirak edib.

Qeyd edək ki, Akiko Vatanabe, eyni zamanda, Kembric Universitetindəki Kembric Mərkəzi Asiya Forumunun Baş Diplomatik əməkdaşıdır və mədəniyyətlərarası araşdırmalar, beynəlxalq sülh quruculuğu və preventiv dövlət nəzəriyyəsi, beynəlxalq danışıqlar və strateji araşdırmalar onun təcrübə sahəsinə daxildir. O, bu və digər mövzular üzrə beynəlxalq səviyyədə geniş yazılar dərc etdirmiş və mühazirələr oxumuşdur. Xanım Yamanaka hal-hazırda insan təhlükəsizliyi, xüsusilə də su, enerji və ərzaq təhlükəsizliyi, eləcə də təbii və insan tərəfindən törədilmiş fəlakətlərə qarşı xəbərdarlıq edici tədbirlər üzrə işləyir.

Mətbuat və informasiya şöbəsi, 03 oktyabr 2012-ci il

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024