Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

02/08/2024

25 mindən çox təhsilalanı özündə birləşdirən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 120 kafedra, SABAH Mərkəzi, 2 elmi-tədqiqat institutu, 5 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz edilmiş 22 elmi-tədqiqat laboratoriyası, 20 tədris laboratoriyası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.

Son illər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin, “You Will Speak” Dil Mərkəzinin fəaliyyətə başlaması, “Code Academy”, “Dev Education” layihələri çərçivəsində ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması tələbələrdə elmə və təhsilə daha böyük maraq yaradır.

BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti və Vürçburq Universiteti, Fransanın Lumière Lyon 2 Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstanın Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, Çin Xalq Respublikasının Anhui Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2024/2025-ci tədris ili üzrə Ekologiya mühəndisliyi ixtisası açılıb. İxtisas Ekologiya və torpaqşünaslıq fakültəsində tədris olunacaq.

Əziz abituriyentlər, sizi elmin sirlərinə BDU-da yiyələnməyə, BDU ailəsinin üzvü olmağa dəvət edirik!

BDU-da 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:

Geologiya fakültəsi

  • Geologiya
  • Geologiya və geofizika mühəndisliyi
  • Mədən mühəndisliyi
  • Meliorasiya mühəndisliyi


Coğrafiya fakültəsi

  • Coğrafiya
  • Coğrafiya müəllimliyi
  • Davamlı inkişafın idarə edilməsi
  • Geomatika və geodeziya mühəndisliyi
  • Hidrometeorologiya
  • Turizm işinin təşkili


Ekologiya və torpaqşünaslıq fakültəsi

  • Ekologiya
  • Torpaqşünaslıq və aqrokimya
  • Yerquruluşu və daşınmaz əmlakın kadastrı
  • Ekologiya mühəndisliyi

 

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

  • Kompüter elmləri
  • İnformatika müəllimliyi
  • İnformasiya təhlükəsizliyi


Mexanika-riyaziyyat fakültəsi

  • Riyaziyyat
  • Riyaziyyat müəllimliyi
  • Mexanika


Fizika fakültəsi

  • Fizika
  • Fizika müəllimliyi
  • Mühəndis fizikası


Kimya fakültəsi

  • Kimya
  • Kimya mühəndisliyi
  • Kimya müəllimliyi


Biologiya fakültəsi

  • Biologiya
  • Biologiya müəllimliyi
  • Su bioehtiyatları və akvakultura
  • Biotexnologiya
  • Bitki mühafizəsi
  • Qida mühəndisliyi


Hüquq fakültəsi

  • Hüquqşünaslıq


Jurnalistika fakültəsi

  • Jurnalistika


Filologiya fakültəsi

  • Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  • Dil və ədəbiyyat müəllimliyı (rus dili və ədəbiyyatı üzrə)
  • Filologiya (alman dili və ədəbiyyatı)
  • Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
  • Filologiya (fransız dili və ədəbiyyatı)
  • Filologiya (ingilis dili və ədəbiyyatı)
  • Filologiya (rus dili və ədəbiyyatı)


Sosial elmlər və psixologiya fakültəsi

  • Psixologiya
  • Sosiologiya
  • Sosial iş
  • Fəlsəfə
  • Təhsildə sosial-psixoloji xidmət
  • Korreksiyaedici təlim


Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

  • Beynəlxalq münasibətlər
  • Dövlət və ictimai münasibətlər
  • Politologiya
  • İqtisadiyyat
  • Beynəlxalq ticarət və logistika
  • Maliyyə
  • Biznesin idarə edilməsi
  • Menecment
  • Statistika


Tarix fakültəsi

  • Tarix
  • Tarix müəllimliyi
  • Regionşünaslıq (Qafqaz üzrə)
  • Regionşünaslıq (Amerika üzrə)


İnformasiya və sənəd menecmenti fakültəsi

  • Kitabxanaçılıq və informasiya fəaliyyəti
  • Muzey, arxiv işi və abidələrin qorunması


Şərqşünaslıq fakültəsi

  • Filologiya (ərəb dili və ədəbiyyatı)
  • Filologiya (fars dili və ədəbiyyatı)
  • Filologiya (türk dili və ədəbiyyatı)
  • Filologiya (Çin dili və ədəbiyyatı)
  • Regionşünaslıq (Çin üzrə)
  • Regionşünaslıq (ərəb ölkələri üzrə)
  • Regionşünaslıq (İran üzrə)
  • Regionşünaslıq (İsrail üzrə)
  • Regionşünaslıq (Koreya üzrə)
  • Regionşünaslıq (Pakistan üzrə)
  • Regionşünaslıq (Türkiyə üzrə)
  • Regionşünaslıq (Yaponiya üzrə)
  • Tərcümə (ərəb dili üzrə)
  • Tərcümə (fars dili üzrə)

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024