ABŞ-ın Corctaun Universitetinin keşişi Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində

11/03/2015

ABŞ-ın Corctaun Universitetinin professoru və keşişi, “Sərhədsiz Din xadimləri” beynəlxalq təşkilatının prezidenti, imam Yahya Hendi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub. Fakültənin dekanı, professor Zeynal Həsənalıyev BDU ilə ABŞ universitetləri arasında əməkdaşlıqdan danışıb və fakültə haqqında qonağa ətraflı məlumat verib.

Fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə davam edən görüşdə qonaq Amerikada din, İslamda qadına münasibət mövzusunda fikirlər səsləndirib və tələbələrlə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, imam Yahya Hendinin Corctaun Universitetində apardığı “Dinlərarası görüş” mühazirələri konfliktoloqlar arasında çox məşhurdur. ABŞ, Asiya, Afrika və Avropanın çeşidli ölkələrində dinlərarası dioloq mövzusunda mühazirələr oxuyan görkəmli din xadiminin İslamda qadın, İslamda qadın və gender əlaqələri, İsanın ikinci gəlişi, ABŞ-da din və İslam mövzularında çoxsaylı tədqiqat işləri mövcuddur.

Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Stefan Qays da iştirak edib.

Mətbuat və İnformasiya şöbəsi, 11 mart 2015-cü il.

Xəbərlər

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq

BDU-nun 4 tələbəsi Pekin Kimya Texnologiyası Universitetində ikili diplom proqramı üzrə təhsil alacaq
01/09/2026

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib

BDU-nun elmi işçisi 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib
01/09/2026